Gəncə Regional Qadın Mərkəzi genderəsaslı zorakılığa qarşı yönəlmiş tədbirlər həyata keçirir

Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Genderəsaslı zorakılıq qurbanlarına yardım göstərən  Gəncə Yardım Mərkəzinin fəaliyyətinin davam etdirilməsinin dəstəklənməsi” layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi yaradılmış Gəncə Yardım Mərkəzinin fəaliyyətini davam etdirmək, maarifləndirmə işini genişləndirməklə genderəsaslı zorakılıqla mübarizəyə daha çox insanı cəlb etmək və onun aradan qalxmasına dəstək verməkdir.

Məlumatlandırma sessiyaları və gənclərlə görüşlər Gəncə ASAN Xidmət Mərkəzində, universitet və kolleclərində, Gədəbəy və Goranboy rayonlarında həyata keçirilmişdir. Tədbirlərdə RİH-nin rəsmiləri, gənclər və idman idarələrinin, VVAQ şöbələrinin, hüquq-mühafizə orqanlarının, rayon təhsil idarələrinin müdirləri və nümayəndələri, baş həkimlər, mama-ginekoloqlar, müxtəlif sahələrdə çalışan və təhsil alan gənclər iştirak etmişlər. Tədbirlərdə layihənin məqsədinə uyğun olaraq genderəsaslı zorakılıq haqqında məlumat verilmiş, gənclərə Məişət zorakılığı haqqında Azərbaycan Respublikasının Qanunundan danışılmış,  Gəncə Yardım Mərkəzinnin fəaliyyəti və əsas məqsədi bəyan edilmişdir. Tədbir iştirakçıları yaşadıqları ərazilərdə də genderəsaslı zorakılıq hallarının baş verdiyini, nikahsız ailələrin mövcud olduğunu təəsüf hissi ilə qeyd etmişlər. Bu halların qarşısının alınmasında mövcud qanunvericiliyin təşviq edilməsinin, xüsusilə kişilərin məlumatlandırılmasının vacib olmasını bildirən iştirakçılar belə görüşlərin kəndlərdə də təşkil edilməsinin vacibliyini bildirmişlər. Layihə heyəti genderəsaslı zorakılıq hallarının baş verdiyi ailələrin nəzarətə götürülməsini, onların Gəncə Yardım Mərkəzinə yönləndirilməsini xahiş etmişlər. Bütün tədbirlər münbit və qarşılıqlı müzakirə şəraitində yekunlaşmışdır.

Məlumat üçün bildiririk ki, Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Yardım Mərkəzi kimi akkreditasiyadan keçmişdir.

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

Most popular



Calendar

Weather