HAVA PROQNOZU (Fevralın 20 - də)

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 0-2 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacaq. Bakıda gecə 0-2 dərəcəyədək isti, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-90 faiz təşkil edəcək.

{nl}

{nl}


Naxçıvan Muxtar Respublikasında əsasən yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Gecə 5-10 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacaq.

{nl}


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Gecə 8-13 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

{nl}


Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində arabir yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şimal küləyinin sürəti 5-10 metr saniyə təşkil edəcək, arabir 15-20 metrədək güclənəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.

{nl}


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Gecə 1-6 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 0-4 dərəcəyədək şaxta olacaq.

{nl}


Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti , gündüz 3-7 dərəcə isti olacaq.

{nl}


Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgələrində arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 0-3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 4-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

{nl}

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında