HAVA PROQNOZU (Fevralın 17 - də)

{nl}

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Qərb küləyi əsəcək. Gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

{nl}


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində yayğıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə 5-10 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.

{nl}


Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz tədricən yağıntısız keçəcək. Qərb küləyi əsəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.

{nl}


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində yağıntılı olacağı, arabir qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcəyədək şaxta olacaq. Yollar buz bağlayacaq.

{nl}


Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağıntılı olacağı gözlənilir.Bəzi yerlərdə qar yağacağı ehtimal olunur. Mülayim qərb küləyi əsəcək. Gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti , gündüz 3-7 dərəcə isti olacaq. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

{nl}


Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgəsində yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal - şərq küləyi əsəcək. Gecə 0-3 dərəcə isti, gündüz 4-6 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında