HAVA PROQNOZU (Yanvarın 2-də)

Fevralın 2-də
Bakıda və Abşeron yarımadasında yağıntılı olacağı, fevralın 1-dən 2-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qara keçəcəyi gözlənilir. Gündüz yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal küləyi gündüz mülayimləşəcək. Gecə 0 dərəcəyə yaxın, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək.
{nl}

Naxçıvan Muxtar Respublikasında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində arabir qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

{nl}

Qazax- Gəncə, Goranboy, Tərtər- Ağdam- Ağcabədi- Füzuli-Cəbrayıl bölgələrində arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Gecə 0-3 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki- Oğuz- Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Gecə bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti , gündüz 3-5 dərəcə isti olacaq.

{nl}

Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgəsində arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gecə ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.Şimal- şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Gecə 1-3 dərəcə isti, gündüz 3-5 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında