HAVA PROQNOZU (Dekabrın 24-də)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 8-11, gündüz 13-16, Bakıda gecə 8-10, gündüz 13-15 dərəcə isti olacaq.Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-90, gündüz 60-65 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Gecə 4-9 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.

{nl}

Qazax- Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-14 dərəcə isti olacaq.

{nl}

Baləkən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-3, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0- 5 dərəcə şaxta, gündüz 6-8 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək,gündüz bəzi yerlərdə arabir güclənəcək. Gecə 1-6, gündüz 13-16 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgəsində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub- qərb küləyi əsəcək, gündüz dağlarda arabir güclənəcək. Gecə 4-7, gündüz 13-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-13 dərəcə isti olacaq.

{nl}

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında