HAVA PROQNOZU (Noyabrın 30-da)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman,çiskin olacaq. Güclü cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 9-12, gündüz 16-19, Bakıda gecə 10-12, gündüz 16-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək.Arabir güclənən cənub- qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 17-22 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən yağmursuz keçəcək. Arabir güclənən cənub-qərb küləyi əsəcək,bəzi yerlərdə güclü olacaq. Gecə 6-10, gündüz 17-22 dərəcə isti olacaq.

{nl}

Qazax- Gəncə, Goranboy, Tərtər- Ağdam- Ağcabədi- Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək. Cənub- qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Gecə 7-10, gündüz 18-22 dərəcə isti olacaq.

{nl}

Baləkən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Arabir güclənən cənub- qərb küləyi əsəcək,gündüz bəzi yerlərdə güclü olacaq. Gecə 7-10, gündüz 17-22, dağlarda gecə 4-6, gündüz 14-17 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz bəzi yerlərdə arabir güclü cənub- qərb küləyi əsəcək. Gecə 8-12, gündüz 19-24 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara- Lerik, Yardımlı bölgəsində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman,çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək,dağlıq ərazilərdə arabir güclənəcək. Gecə 10-12, gündüz 18-23, dağlarda gecə 5-9, gündüz 14-17 dərəcə isti olacaq.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında