HAVA PROQNOZU (Oktyabrın 28-də)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 11-13, gündüz 18-21 , Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85,gündüz 55-60 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək.Cənub küləyi əsəcək. Gecə 6-11, gündüz 19-24 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən yağmursuz keçəcək.Gecə və səhər bəzi yerlərdə duman olacaq.Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 5-8, gündüz 13-18 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə-Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək.Gecə və səhər bəzi yerlərdə duman olacaq.Cənub-şərq küləyi əsəcək. Gecə 11-14, gündüz 18-23 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində gün əsasən yağmursuz keçəcək.Gecə və səhər bəzi yerlərdə duman olacaq.Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək.Gecə və səhər bəzi yerlərdə duman olacaq.Cənub- şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 13-16, gündüz 19-24 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı bölgəsində əsasən yağmursuz keçəcək.Gecə və səhər bəzi yerlərdə duman olacaq.Cənub küləyi əsəcək, gündüz dağlarda arabir güclənəcək. Gecə 14-16, gündüz 19-22, dağlarda gecə 7-10, gündüz 14-19 dərəcə isti olacaq.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında