HAVA PROQNOZU (Oktyabrın 13-də)

Bakıda və Abşeron yarımadasında gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.Səhər və gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Gecə 13-15, gündüz 20-22, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununadək aşağı enəcək, nisbi rütubət gecə 75-85 , gündüz 50-60 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.Cənub - qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 4-9, gündüz 17-22 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində gün ərzində əsasən yağmursuz keçəcək.Lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub- qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 4-8, gündüz 11-15 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə-Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində gün ərzində əsasən yağmursuz keçəcək.Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.Cənub- qərb küləyi əsəcək,gündüz arabir güclənəcək. Gecə 9-13, gündüz 19-22 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində əsasən yağmursuz keçəcək. gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.Səhər ayrı-ayrı yerlərdə duman olacaq.Gün ərzində əsasən yağmursuz keçəcək. Cənub- qərb küləyi əsəcək , gündüz arabir güclənəcək. Gecə 7-12, gündüz 16-21, dağlarda gecə 3-5, gündüz 9-14 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gün ərzində əsasən yağmursuz keçəcək.Səhər ayrı-ayrı yerlərdə duman olacaq.Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.Cənub - qərb küləyi əsəcək,gündüz arabir güclənəcək. Gecə 11-16, gündüz 19-23 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı bölgəsində gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.Gündüz əsasən yağmursuz keçəcək.Səhər dağlarda duman olacaq. Cənub- qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 13-15, gündüz 20-23, dağlarda gecə 4-9, gündüz 15-20 dərəcə isti olacaq.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında