Oktyabr ayında hava necə olacaq ?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığımız məlumata görə, payız fəslinin ikinci ayı olan oktyabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 1-2 dərəcə yüksək olacağı gözlənilir.
Ay ərzində yağıntıların respublika üzrə qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi rayonlarda isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Birinci ongünlüyün ortalarında temperaturun normadan aşağı enəcəyi, havanın yağmurlu keçəcəyi ehtimalı var.
Sinoptiklərin verdikləri proqnoza əsasən oktyabr ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 17-19 dərəcə isti olacağı gözlənilir ki , bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir.
Gecələr 12-16 dərəcə isti təşkil edəcək. Gündüzlər 17-22 dərəcə isti olacağı, bəzi günlərdə isə 25 dərəcəyədək yüksələcəyi gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə (norma 17-23 mm ) isə normadan çox olacağı ehtimal olunur.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında