HAVA PROQNOZU (Sentyabrın 14-də)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Yağmursuz keçəcək. Lakin axşam buludluluğun artacağı , gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 20-22, günün birinci yarısında 25-30 , axşama doğru 20-24, Bakıda gecə 20-22, günün birinci yarısında 28-30, axşama doğru 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 761 mm civə sütununadək yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcəyə çatacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 8-13, gündüz 15-19 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə-Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı,qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 16-20, gündüz 23-28 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 13-18, gündüz 22-27 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 16-20, gündüz 25-29 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı bölgəsində əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir Şimal-şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 16-20, gündüz 24-29, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.

{nl}

Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün müsbət amil olsa da, sentyabrın 14-də günün ikinci yarısından 15-i səhərədək atmosfer təzyiqinin xeyli yüksəlməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında