HAVA PROQNOZU (Avqustun 27-də)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur. Mülayim şimal- qərb küləyi əsəcək. Gecə 19-22, gündüz 30-33 , Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütununda 760 mm civə sütununadək yüksələcək, nisbi rütubət gecə 75-80, gündüz 55-65 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcəyə çatacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Gündüz əsasən yağmursuz keçəcək, Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə-Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı , qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 18-22, gündüz 28-32 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 14-19, gündüz 23-28 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 19-24, gündüz 30-34 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı bölgəsində əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal- şərq küləyi əsəcək. Gecə 20-23, gündüz 27-30, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.

{nl}

Tibbi- meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında əhalinin yay mövsümündə uyğunlaşdığı temperatur rejimi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında