HAVA PROQNOZU (Avqustun 5-də)

Bakıda və Abşeron yarımadasında günəşli olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub - şərq küləyi ilə əvəz olunacaq. Gecə 24-26, gündüz 37-40, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcəyə çatacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında günəşli olacaq. Şərq küləyi əsəcək . Gecə 18-23, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində günəşli olacaq. Şərq küləyi əsəcək. Gecə 15-20, gündüz 29-34 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə-Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində günəşli olacaq. Şərq küləyi əsəcək. Gecə 18-23, gündüz 34-38 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində günəşli olacaq. Şərq küləyi əsəcək. Gecə 18-23, gündüz 32-37 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında günəşli olacaq. Şərq küləyi əsəcək. Gecə 18-23, gündüz 37-40, bəzi yerlərdə 42 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı bölgəsində günəşli olacaq. Şərq küləyi əsəcək. Gecə 19-23, gündüz 34-38, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacaq.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında