HAVA PROQNOZU (Avqustun 3-də)

Bakıda və Abşeron yarımadasında günəşli olacaq. Şimal-şərq küləyi əsəcək, gündüz cənub - şərq küləyi ilə əvəz olunacaq. Gecə 23-27, gündüz 35-38, bəzi yerlərdə 40, Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcəyə çatacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında günəşli olacaq. Şərq küləyi əsəcək . Gecə 18-23, gündüz 36-39, bəzi yerlərdə 41 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində günəşli olacaq. Şərq küləyi əsəcək. Gecə 14-19, gündüz 29-34 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə-Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində günəşli olacaq. Şərq küləyi əsəcək. Gecə 18-23, gündüz 34-39 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində yağmursuz keçəcək. Gecə yüksək dağlıq ərazilərin bəzi yerlərində şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında günəşli olacaq. Şərq küləyi əsəcək. Gecə 19-24, gündüz 36-39, bəzi yerlərdə 41 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı bölgəsində günəşli olacaq. Şərq küləyi əsəcək. Gecə 19-23, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

{nl}

Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında güclü isti diskomfort şəraitin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, xüsusən də ürək-damar xəstəlikləri olan insanlar üçün risklidir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında