HAVA PROQNOZU (Aprelin 7-də)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 6-9, gündüz 14-16, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 2-7, gündüz 16-21 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 0-4, gündüz 8-13 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə-Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-8, gündüz 15-20 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Dəvəçi, Quba-Qusar-Xaçmaz bölgələrində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-7, gündüz 14-19, dağlarda gecə 0-3, gündüz 9-14 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-9, gündüz 15-20 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı bölgəsində əsasən yağmursuz keçəcək. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-8, gündüz 14-19, dağlarda gecə 0-3, gündüz 10-14 dərəcə isti olacaq.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında