HAVA PROQNOZU ( İyulun 15-də)

 

{nl}

 İyulun 15-də
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.Arabir güclənən şimal-qərb küləyi əsəcək. Gecə 23-26, gündüz 30-33, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununadək yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcəyə çatacaq.
Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Arabir güclənən şimal- qərb küləyi əsəcək. Gecə 21-26, gündüz 34-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şimal- qərb küləyi əsəcək. Gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.
Qazax-Gəncə-Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Bəzi dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.Arabir güclənən şimal- qərb küləyi əsəcək. Gecə 21-26, gündüz 33-37 dərəcə isti olacaq.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şimal- qərb küləyi əsəcək . Gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.
Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Gecə 22-27, gündüz 34-38 dərəcə isti olacaq.
Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı bölgəsində əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Arabir güclənən şimal- qərb küləyi əsəcək. Gecə 21-25, gündüz 30-35, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında