HAVA PROQNOZU

 

 Bakıda və Abşeron yarımadasında   buludlu hava şəraiti üstünlük təşkil edəcəyi,  bəzi yerlərdə çiskinli yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Mülayim  cənub  küləyi əsəcək.  Gecə 3-5, gündüz  7-11, Bakıda gecə 3-5,  gündüz   8-10  dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək  766  mm civə sütunundan 763  mm civə sütununa enəcək,  nisbi rütubət    85-95   faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  əsasən yağmursuz keçəcək. Zəif  şərq  küləyi əsəcək.  Gecə 0-4 dərəcə isti, bəzi yerlərdə 5 dərəcəyədək şaxta,  gündüz  8-13  dərəcə  isti  olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  gün ərzində əsasən yağmursuz  keçəcək. Gecə və səhər duman olacaq.  Şərq  küləyi  əsəcək.  Gecə  2-7  dərəcə şaxta,  gündüz  1-6  dərəcə  isti  olacaq.

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  gün ərzində əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq.  Şərq  küləyi əsəcək.  Gecə 1-5,  gündüz  6-11  dərəcə  isti olacaq.

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə  duman, çiskin olacaq. Şərq  küləyi  əsəcək.  Gecə  3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  3-8  dərəcə isti, dağlarda gecə  3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta,  gündüz  3 dərəcə şaxtadan 2  dərəcəyədək  isti  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında   əsasən yağmursuz keçəcək. Lakin  gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq  küləyi  əsəcək.  Gecə 1-6,  gündüz   8-13  dərəcə  isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmurmuz keçəcəyi gözlənilir. Zəif şərq  küləyi  əsəcək.  Gecə 4-7, gündüz   7-12  dərəcə isti,  dağlarda gecə 4  dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz  2-6  dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında