HAVA PROQNOZU

 

 Bakıda və Abşeron yarımadasında   buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və  səhər və  bəzi yerlərdə çiskinli yağış yağacağı  ehtimalı var. Mülayim  şimal-şərq  küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  Gecə 3-5, gündüz  6-10, Bakıda gecə 3-5,  gündüz   7-9  dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək  773  mm civə sütunundan 766  mm civə sütununa enəcək,  nisbi rütubət  gecə  85-95, gündüz 70-75   faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında gün ərzində əsasən yağmursuz keçəcək. Zəif  şərq  küləyi əsəcək.  Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz  7-12  dərəcə  isti  olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  gün ərzində əsasən yağmursuz  keçəcək. Gecə və səhər duman, çiskin olacaq.  Şərq  küləyi  əsəcək.  Gecə  2-7  dərəcə şaxta,  gündüz  1-6  dərəcə  isti  olacaq.   

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  gün ərzində əsasən yağmursuz keçəcək. Gecə və səhər duman, çiskin olacaq.  Şərq  küləyi əsəcək.  Gecə 0-5,  gündüz  6-11  dərəcə  isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə  yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq  küləyi  əsəcək.  Gecə  1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz  5-10  dərəcə isti, dağlarda gecə  3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta,  gündüz  0-3  dərəcə isti  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  gün ərzində əsasən yağmursuz keçəcək. Gecə və səhər duman, çiskin olacaq. Şərq  küləyi  əsəcək.  Gecə 1-6,  gündüz   8-13  dərəcə  isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gün ərzində əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq.  Şərq  küləyi  əsəcək.  Gecə 2-6, gündüz   7-11  dərəcə isti,  dağlarda gecə 2  dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  3-7  dərəcə isti olacaq. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında