HAVA PROQNOZU

 

 Bakıda və Abşeron yarımadasında  dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Mülayim şimal  küləyi əsəcək, axşam arabir güclənəcək.  Gecə 3-6, gündüz  6-11, Bakıda gecə 4-6,  gündüz   9-11  dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək  762  mm civə sütunundan 765 mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə  85-95, gündüz 70-75   faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında arabir  yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı  gözlənilir. Qərb  küləyi əsəcək, gündüz arabir güclənəcək.  Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz  5-10  dərəcə  isti  olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı  gözlənilir.  Qərb  küləyi  əsəcək, gündüz arabir güclənəcək.  Gecə  2-7  dərəcə şaxta,  gündüz  1-6  dərəcə  isti  olacaq.

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  gecə və səhər duman, çiskin olacaq. Gündüzdən başlayaraq arabir yağıntılı olacağı gözlənilir. Qərb  küləyi əsəcək, gündüz arabir güclənəcək.  Gecə 1-5,  gündüz  6-11  dərəcə  isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında  arabir  yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı  gözlənilir. Qərb  küləyi  əsəcək, gündüz arabir güclənəcək.  Gecə 0-4, gündüz  5-10  dərəcə isti, dağlarda gecə  2-7, yüksək dağlıq ərazilərdə 10-15  dərəcə şaxta,  gündüz  0-5  dərəcə isti  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında   gecə və  səhər  duman, çiskin  olacaq. Günün birinci yarısından başlayaraq arabir yağıntılı olacağı gözlənilir. Qərb  küləyi  əsəcək, gündüz arabir güclənəcək.  Gecə 1-6,  gündüz   8-13  dərəcə  isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  gecə və  səhər  duman, çiskin  olacaq. Günün ikinci yarısından başlayaraq arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq  küləyi  əsəcək.  Gecə 4-7, gündüz   8-13 dərəcə isti,  dağlarda gecə 3  dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  3-8  dərəcə isti olacaq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında