HAVA PROQNOZU

 

 Bakıda və Abşeron yarımadasında  buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir  yağış yağacağı  gözlənilir.  Mülayim cənub küləyi əsəcək, axşam  şimal  küləyi ilə əvəz olunacaq.  Gecə 3-6, gündüz  7-10, Bakıda gecə 4-6,  gündüz   8-10  dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək  764  mm civə sütunundan 768 mm civə sütununa yüksələcək,  nisbi rütubət   85-95   faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  arabir  yağıntılı olacağı, bəzi yerlərdə  sulu qar, qar yağacağı gözlənilir. Zəif şərq  küləyi əsəcək.  Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz  4-8  dərəcə  isti  olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  arabir  yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı  gözlənilir. Səhər ayrı-ayrı  yerlərdə   duman olacaq. Zəif şərq  küləyi  əsəcək.  Gecə  3-8  dərəcə şaxta,  gündüz  0-5  dərəcə  isti  olacaq.   

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.  Gecə və  səhər bəzi yerlərdə  duman  olacaq. Şərq  küləyi əsəcək.  Gecə 0-4,  gündüz  5-10  dərəcə  isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında  arabir  yağıntılı olacağı, sulu qar,  qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə   duman  olacaq. Şərq  küləyi  əsəcək.  Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  4-8  dərəcə isti, dağlarda gecə  3-8, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta,  gündüz  0-5  dərəcə isti  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  arabir  yağıntılı olacağı  gözlənilir. Gecə və  səhər bəzi yerlərdə  duman olacaq. Şərq  küləyi  əsəcək.  Gecə 2-6,  gündüz   6-11  dərəcə  isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir  yağıntılı olacağı, dağlıq ərazilərdə  qar yağacağı gözlənilir.  Səhər dağlarda  duman  olacaq. Zəif şərq  küləyi  əsəcək.  Gecə 4-6, gündüz   7-11 dərəcə isti,  dağlarda gecə 0-4  dərəcə şaxta, gündüz  3-7  dərəcə isti olacaq.  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında