HAVA PROQNOZU

 

 Bakıda və Abşeron yarımadasında  buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər  yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Mülayim şimal-şərq   küləyi əsəcək.  Gecə 3-6, gündüz  7-10, Bakıda gecə 4-6,  gündüz   8-10  dərəcə isti olacaq. Atmosfer təzyiqi   764  mm civə sütunu,  nisbi rütubət   85-95   faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  gecə və səhər bəzi yerlərdə  yağıntılı olacağı,  sulu qar, qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Zəif şərq  küləyi əsəcək.  Gecə 0-5,  gündüz  8-13  dərəcə  isti  olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  gecə və səhər bəzi yerlərdə  yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi  gözlənilir. Səhər ayrı-ayrı  yerlərdə   duman olacaq. Zəif şərq  küləyi  əsəcək.  Gecə  2-7  dərəcə şaxta,  gündüz  1-6  dərəcə  isti  olacaq.

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  əsasən yağmursuz keçəcək.  Gecə və  səhər bəzi yerlərdə  duman, çiskin  olacaq. Şərq  küləyi əsəcək.  Gecə 0-5,  gündüz  7-12  dərəcə  isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında  bəzi yerlərdə yağıntılı olacağı, sulu qar,  qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə   duman  olacaq. Şərq  küləyi  əsəcək.  Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  5-10  dərəcə isti, dağlarda gecə  2-7, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta,  gündüz  3-8  dərəcə isti  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  bəzi yerlərdə  yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi  gözlənilir. Ayrı-ayrı  yerlərdə duman olacaq. Şərq  küləyi  əsəcək.  Gecə 1-6,  gündüz   8-13  dərəcə  isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir  yağıntılı olacağı, dağlıq ərazilərdə  qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək.  Səhər dağlarda  duman  olacaq. Zəif şərq  küləyi  əsəcək.  Gecə 4-7, gündüz   9-12,  dağlarda gecə 0-5  dərəcə şaxta, gündüz  3-8  dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında