HAVA PROQNOZU

 

 Bakıda və Abşeron yarımadasında  buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.  Mülayim cənub-şərq   küləyi əsəcək.  Gecə 3-5, gündüz  5-9, Bakıda gecə 3-5,  gündüz   6-8  dərəcə isti olacaq. Atmosfer təzyiqi   763  mm civə sütunu,  nisbi rütubət   90-95   faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Zəif şərq  küləyi əsəcək.  Gecə 3  dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz  3-8  dərəcə  isti  olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.  Gecə və səhər bəzi yerlərdə   duman olacaq. Şərq  küləyi  əsəcək.  Gecə  3-8  dərəcə şaxta,  gündüz  2-6  dərəcə  isti  olacaq.   

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir.  Gecə və  səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq  küləyi əsəcək.  Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz  5-10  dərəcə  isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında  yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Arabir  duman  olacaq. Şərq  küləyi  əsəcək.  Gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz  3-8  dərəcə isti, dağlarda gecə  5-10, yüksək dağlıq ərazilərdə 12-17,  gündüz  0-5  dərəcə şaxta  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  arabir yağıntılı olacağı gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq  küləyi  əsəcək.  Gecə 1-5,  gündüz   6-11  dərəcə  isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında yağıntılı olacağı, dağlarda sulu qar, qar yağacağı gözlənilir.  Səhər dağlarda  duman  olacaq. Şərq  küləyi  əsəcək.  Gecə 3-6, gündüz   6-10,  dağlarda gecə 0-4  dərəcə şaxta, gündüz  2-6  dərəcə isti olacaq. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında