HAVA PROQNOZU (Aprelin 4-də)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-8, günün birinci yarısında 15, günün ikinci yarısında 10-12 dərəcə isti, Bakıda gecə 5-8, günün birinci yarısında 15, günün ikinci yarısında 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 770 mm civə sütununadək yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 2-7, gündüz 15-20 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 5-10, gündüz 14-19, dağlarda gecə 1-5, gündüz 8-13 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə-Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 6-10, gündüz 18-23 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Dəvəçi, Quba-Qusar-Xaçmaz bölgələrində əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 5-10, gündüz 16-21, dağlarda gecə 0-3, gündüz 8-13 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı bölgəsində əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 5-8, gündüz 15-20, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında