HAVA PROQNOZU

 

Bakıda və Abşeron yarımadasında  dəyişkən  buludlu əsasən yağmursuz olacağı,  gecə və səhər bəzi yerlərdə duman olacaq. Səhər və axşam  saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub  küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.   Gecə 3-6, gündüz 6-10, Bakıda gecə 4-6,  gündüz   10-12  dərəcə isti olacaq. Atmosfer təzyiqi   755  mm civə sütunundan 759 mm civə sütununa yüksələcək,  nisbi rütubət gecə  85-90, gündüz 70-75  faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.  Qərb  küləyi əsəcək, arabir güclənəcək.  Gecə  0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində   arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb   küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 1-6 dərəcə şaxta,  gündüz  2-7  dərəcə  isti  olacaq.   

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində havanın yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb  küləyi əsəcək, arabir güclənəcək.  Gecə 1-5 dərəcə isti,  gündüz  5-10  dərəcə  isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında  hava əsasən gecə və axşam saatlarında yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.  Qərb  küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz  4-8  dərəcə isti, dağlarda gecə  3-6, yüksək dağlıq ərazilərdə 3-8  dərəcə şaxta,  gündüz  0-3  dərəcə isti  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər  dumanlı, bəzi yerlərdə yağıntılı olacğı gözlənilir.  Qərb  küləyi  əsəcək, gündüz arabir güclənəcək.  Gecə 1-6,  gündüz   7-12, bəzi yerlərdə 15  dərəcəyədək isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında     bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq  küləyi  əsəcək, gecə arabir güclənəcək.  Gecə 4-7, gündüz   7-12,  dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  3-6  dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında