HAVA PROQNOZU

 

 Bakıda və Abşeron yarımadasında  dəyişkən  buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi  gözlənilir.  Mülayim şimal küləyi əsəcək, günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.  Gecə 3-5, gündüz  8-11, Bakıda gecə 3-5,  gündüz   8-10  dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan yüksək  770  mm civə sütunundan 765 mm civə sütununa enəcək,  nisbi rütubət gecə  90-95, gündüz 70-80   faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq  küləyi əsəcək.  Gecə  0-5 dərəcə şaxta,  gündüz  4-9  dərəcə  isti  olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq   küləyi  əsəcək.  Gecə  2-7  dərəcə şaxta,  gündüz  2-7  dərəcə  isti  olacaq.

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq  küləyi əsəcək.  Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti,  gündüz  5-10  dərəcə  isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında  əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin  olacaq. Şərq  küləyi  əsəcək.  Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  4-9  dərəcə isti, dağlarda gecə  3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta,  gündüz  0-4  dərəcə isti   olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.  Şərq  küləyi  əsəcək.  Gecə 0-5,  gündüz   7-12  dərəcə  isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və  səhər bəzi yerlərdə  duman, çiskin  olacaq. Şərq  küləyi  əsəcək.  Gecə 3-6, gündüz   8-12,  dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  4-8  dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında