HAVA PROQNOZU

 

 Bakıda və Abşeron yarımadasında    buludlu  hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir  yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi  gözlənilir.  Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.   Gecə 3-5, gündüz  5-8, Bakıda gecə 3-5,  gündüz   5-7  dərəcə isti olacaq. Atmosfer təzyiqi   763  mm civə sütunundan 767 mm civə sütununa yüksələcək,  nisbi rütubət  85-95  faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Qərb  küləyi əsəcək, arabir güclənəcək.  Gecə  0-5 dərəcə şaxta,  gündüz  2-7  dərəcə  isti  olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  sulu qar, qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Qərb   küləyi  əsəcək, arabir güclənəcək.  Gecə  0-5  dərəcə şaxta,  gündüz  1-6  dərəcə  isti  olacaq.

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində   yağış yağacağı, dağlıq ərazilərdə sulu qar yağacağı, gündüz tədricən kəsiləcəyi  gözlənilir. Qərb  küləyi əsəcək, arabir güclənəcək.  Gecə 0-4,  gündüz  5-10  dərəcə  isti olacaq.  

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında   sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb  küləyi  əsəcək, ayrı-ayrı yerlərdə  arabir güclənəcək.  Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  3-6  dərəcə isti, dağlarda gecə  3-7, yüksək dağlıq ərazilərdə 5-10,  gündüz  0-3  dərəcə şaxta   olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  yağış yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək.  Qərb  küləyi  əsəcək, ayrı-ayrı yerlərdə  arabir güclənəcək.  Gecə 1-6,  gündüz   6-11  dərəcə  isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq  küləyi  əsəcək,  arabir güclənəcək.  Gecə 4-7, gündüz   7-11,  dağlarda gecə  0-4, gündüz  4-8  dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında