HAVA PROQNOZU (İyulun 6-da)

Bakıda və Abşeron yarımadasında günəşli olacaq. Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 23-26, gündüz 35-38, bəzi yerlərdə 40, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcəyə çatacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 20-25, gündüz 35-40, bəzi yerlədə 42 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində yağmursuz keçəcək.Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

{nl}

Qazax - Gəncə - Goranboy, Tərtər - Ağdam - Ağcabədi - Füzuli - Cəbrayıl bölgələrində yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 21-25, gündüz 35-39 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində yağmursuz keçəcək.Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 19-24, gündüz 31-36, bəzi yerlərdə 39 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağmursuz keçəcək. Şərq küləyi əsəcək,gündüz arabir güclənəcək. Gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı bölgəsində yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 22-25, gündüz 34-38, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

{nl}

Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gündə meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da , isti və rütubətli hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında