HAVA PROQNOZU

 

 Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Günün birinci yarısında yarımadanın  bəzi yerlərində duman olacağı, günün ikinci yarısında isə çiskinli az yağış yağacağı gözlənilir. Gündüz arabir güclənən  cənub küləyi əsəcək, axşam  şimal  küləyi ilə əvəz olunacaq.  Gecə 3-6, gündüz  7-11, Bakıda gecə 4-6,  gündüz   9-11  dərəcə isti olacaq. Atmosfer təzyiqi    767  mm civə sütunundan 759  mm civə sütununa enəcək,  nisbi rütubət   80-90  faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  bəzi yerlərdə yağıntılı olacağı, az qar yağacağı gözlənilir. Mülayim  qərb  küləyi əsəcək.  Gecə 2-7 dərəcə şaxta, gündüz  5-10  dərəcə  isti  olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində yağıntılı olacağı, bəzi yerlərdə zəif sulu qar, qar yağacağı gözlənilir. Gündüz arabir güclənən  qərb   küləyi  əsəcək.  Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz  5-10  dərəcə  isti  olacaq.   

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  gecə və səhər duman, çiskin olacağı, gündüz qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz arabir güclənən qərb  küləyi əsəcək. Gecə 0-4,  gündüz 8-13  dərəcə  isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında yağıntılı olacağı, bəzi yerlərdə zəif sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz arabir güclənən  qərb  küləyi  əsəcək.  Gecə 0-5, gündüz  7-12  dərəcə isti, dağlarda gecə  0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta,  gündüz  0-4  dərəcə isti  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  bəzi yerlərdə  duman, çiskin olacağı gözlənilir. Gündüz arabir güclənən qərb  küləyi  əsəcək.  Gecə 0-5,  gündüz   11-16  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.  Mülayim qərb  küləyi  əsəcək.  Gecə 3-5, gündüz   9-14,  dağlarda gecə  2-5, gündüz  4-8  dərəcə isti olacaq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında