HAVA PROQNOZU

 

 Bakıda və Abşeron yarımadasında  buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı  gözlənilir. Cənub-şərq  küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 1-4, gündüz  4-7, Bakıda gecə 2-4,  gündüz   5-7  dərəcə isti olacaq. Atmosfer təzyiqi  norma daxilində  760  mm civə sütunundan 764 mm civə sütununa yüksələcək,  nisbi rütubət   85-95  faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  arabir yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə  qar yağacağı gözlənilir. Mülayim  qərb  küləyi əsəcək.  Gecə 0-5, gündüz  3-8  dərəcə  isti  olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  arabir yağıntılı olacağı,  qar yağacağı gözlənilir. Mülayim  qərb   küləyi  əsəcək.  Gecə 5-10  dərəcə şaxta,  gündüz  2  dərəcə şaxtadan 3 dərəcəyədək isti  olacaq.   

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində bəzi  yerlərdə   yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Mülayim  qərb  küləyi əsəcək. Gecə  3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz 3-8  dərəcə  isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında  arabir  yağıntılı olacağı, sulu qar,  qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim  qərb  küləyi  əsəcək.  Gecə 4  dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz  2-7  dərəcə isti, dağlarda gecə  5-10,  gündüz  0-5  dərəcə  şaxta  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  arabir  yağış yağacağı,  bəzi yerlərdə  sulu qara keçəcəyi   gözlənilir. Mülayim  qərb  küləyi  əsəcək.  Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti,  gündüz   4-9  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  arabir  yağış yağacağı, sulu qara keçəcəyi, dağlıq ərazilərdə  qar yağacağı gözlənilir. Şərq  küləyi  əsəcək.  Gecə 1-4, gündüz   4-8 dərəcə isti,  dağlarda gecə 3  dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  2-4  dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında