HAVA PROQNOZU

 

 Bakıda və Abşeron yarımadasında  buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə  yağıntılı olacağı  gözlənilir.  Mülayim  şimal-şərq  küləyi əsəcək.  Gecə 0-3, gündüz  3-6, Bakıda gecə 1-3,  gündüz   4-6  dərəcə isti olacaq. Atmosfer təzyiqi    761  mm civə sütunundan 758   mm civə sütununa enəcək,  nisbi rütubət   85-95  faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında arabir  qar yağacağı gözlənilir. Qərb  küləyi əsəcək, arabir güclənəcək.  Gecə 3-8, bəzi yerlərdə 15-20  dərəcə şaxta, gündüz  0-5  dərəcə  isti  olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  arabir  qar yağacağı gözlənilir. Qərb   küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 4-9,  gündüz 0-4  dərəcə şaxta  olacaq.   

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  arabir  yağıntılı olacağı, bəzi yerlərdə  qar yağacağı gözlənilir.  Qərb  küləyi əsəcək, arabir güclənəcək. Gecə  3 dərəcə şaxtadan 1 dərəcəyədək isti,  gündüz 1-5  dərəcə  isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında  arabir  qar yağacağı gözlənilir. Qərb  küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 0-5 dərəcə şaxta, gündüz  0-5  dərəcə isti, dağlarda gecə  5-10,  yüksək dağlıq ərazilərdə 15-20,  gündüz  0-5  dərəcə  şaxta  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  arabir  yağıntılı olacağı, bəzi yerlərdə  sulu qar yağacağı  gözlənilir.  Qərb  küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz   2-7  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  arabir  yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlarda  qar yağacağı gözlənilir. Şimal-şərq  küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz   3-7 dərəcə isti,  dağlarda gecə 2-6, gündüz  0-2  dərəcə şaxta olacaq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında