HAVA PROQNOZU

 

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, axşam havanın tutqun, gecəyə doğru bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb, qərb küləyi əsəcək, gündüz mülayimləşəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 2-5, günün birinci yarısında 9-14, axşama doğru 5-7, Bakıda gecə 2-4, günün birinci yarısında 10-12, axşama doğru 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 8-13, dağlıq ərazilərdə 14-19 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, bəzi yerlərdə 2 dərəcəyədək şaxta olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə güclü olacaq. Gecə 3-8 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-

Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-

Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam az yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 12-17 dərəcə isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Gecə 2-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan

2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında