HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında  dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Səhər və axşam  bəzi yerlərdə  duman olacaq. Gündüz arabir güclənən  cənub-qərb  küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.  Gecə 0-3, gündüz  5-9, Bakıda gecə 1-3,  gündüz  6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan yüksək   769  mm civə sütunundan 763 mm civə sütununa enəcək,  nisbi rütubət  gecə   80-90, gündüz  65-70  faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında   əsasən yağmursuz keçəcək.  Qərb  küləyi əsəcək.  Gecə  7-12, bəzi yerlərdə 16  dərəcə şaxta,  gündüz  2-7 dərəcə  isti olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində    əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.  Qərb   küləyi  əsəcək, arabir güclənəcək. Gecə 10-15 dərəcə şaxta,  gündüz  2 dərəcə  şaxtadan 3 dərəcəyədək isti  olacaq.   

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində   əsasən yağmursuz  keçəcək.  Qərb  küləyi əsəcək. Gecə  4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8  dərəcə  isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında   əsasən yağmursuz  keçəcək. Bəzi  yerlərdə arabir duman olacaq.  Qərb  küləyi  əsəcək, bəzi yerlərdə arabir güclənəcək.  Gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə  10-15, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta,  gündüz  4  dərəcə şaxtadan 1 dərəcəyədək isti  olacaq. Yollar buz bağlayacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman arabir  olacaq.   Qərb  küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz   5-10  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq.  Cənub-qərb  küləyi  əsəcək, dağlarda arabir güclənəcək.  Gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz   6-9  dərəcə isti,  dağlarda gecə 8-13 dərəcə  şaxta, gündüz  1-6 dərəcə isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında