HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında səhər qarın tədricən kəsiləcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında  səhər qarın tədricən kəsiləcəyi  gözlənilir. Güclü şimal- qərb  küləyi əsəcək, gündüz mülayimləşəcək.  Gecə 0-3 dərəcə şaxta, gündüz  0-3 dərəcə isti, Bakıda gecə və  gündüz  1 dərəcə istidən 2 dərəcəyədək şaxta olacaq. Atmosfer təzyiqi    758  mm civə sütunundan 765 mm civə sütununa yüksələcək,  nisbi rütubət   85-95  faiz  olacaq. Yollar buz bağlayacaq.

 Naxçıvan Muxtar Respublikasında    qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən  qərb  küləyi əsəcək.  Gecə  3-8  dərəcə şaxta,  gündüz  0-5  dərəcə  isti olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi  gözlənilir. Arabir güclənən  qərb   küləyi  əsəcək. Gecə 9-14,  gündüz  0-5 dərəcə  şaxta  olacaq.   

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  qar yağacağı, səhər səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz  keçəcəyi   gözlənilir. Arabir güclənən  qərb  küləyi əsəcək. Gecə  0-5 dərəcə şaxta, gündüz 0-5  dərəcə  isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında   qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz  əsasən yağmursuz  keçəcəyi  gözlənilir. Arabir güclənən  qərb  küləyi  əsəcək.  Gecə 3-8, gündüz 0-4, dağlarda gecə  8-13, yüksək dağlıq ərazilərdə 15-20,  gündüz  3-8  dərəcə şaxta  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında    qar yağacağı, gündüz  tədricən kəsiləcəyi  gözlənilir. Arabir güclənən  qərb  küləyi  əsəcək.  Gecə 0-5  dərəcə şaxta,  gündüz   0-5  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında   qar yağacağı, gündüz tədricən kəsiləcəyi  gözlənilir. Arabir güclənən şimal-şərq  küləyi  əsəcək.  Gecə 0-5 dərəcə şaxta, gündüz   0-5  dərəcə isti,  dağlarda gecə 5-8, gündüz  0-5 dərəcə şaxta olacaq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında