HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.

Bakıda və Abşeron yarımadasında  dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam  bəzi yerlərdə duman olacaq. Mülayim  şimal-qərb  küləyi əsəcək.  Gecə 2-5,  gündüz 7-12, Bakıda gecə 2-4, gündüz  9-11  dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan yüksək  764 mm civə sütunundan 762 mm civə sütununa enəcək,  nisbi rütubət gecə  80-85, gündüz 65-75   faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında   əsasən yağmursuz keçəcək. Cənub  küləyi əsəcək.  Gecə  3-8 dərəcə şaxta,  gündüz   7-12  dərəcə  isti olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində   əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb   küləyi  əsəcək, arabir güclənəcək. Gecə 5-10  dərəcə şaxta,  gündüz  6-11 dərəcə  isti olacaq.  

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində   əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.  Cənub-qərb  küləyi əsəcək, arabir güclənəcək. Gecə 0-5  dərəcə şaxta, gündüz   6-11  dərəcə isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında  əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Cənub  küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 1-6  dərəcə şaxta, gündüz  3-8  dərəcə  isti, dağlarda gecə  8-13 dərəcə şaxta,   gündüz 0-4 dərəcə isti  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  əsasən yağmursuz keçəcək.  Bəzi yerlərdə duman olacaq.  Cənub  küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz   5-10  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında   əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Cənub  küləyi  əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.  Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz   7-12  dərəcə isti,  dağlarda gecə 0-5  dərəcə şaxta, gündüz  3-8  dərəcə  isti  olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında