HAVA PROQNOZU 27.12.2012

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq.

Bakıda və Abşeron yarımadasında  dəyişkən buludlu olacaq.  Əsasən yağmursuz keçəcək. Axşam  bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub  küləyi əsəcək.  Gecə 1-4,  gündüz 5-10, Bakıda gecə 2-4, gündüz  8-10  dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan yüksək  773 mm civə sütunundan 768 mm civə sütununa enəcək,  nisbi rütubət  80-90   faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında   əsasən yağmursuz keçəcək. Cənub-qərb  küləyi əsəcək, arabir güclənəcək.  Gecə 3 dərəcə şaxtadan  2 dərəcəyədək  isti,  gündüz   7-12  dərəcə  isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində   əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən  cənub-qərb  küləyi  əsəcək. Gecə 4-9 dərəcə şaxta,  gündüz  2-7 dərəcə isti, bəzi yerlərdə 10 dərəcəyədək  isti olacaq.

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində   əsasən yağmursuz keçəcək. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Gecə 3  dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz   5-10  dərəcə isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında  əsassən yağmursuz keçəcək.  Gecə və səhər bəzi  yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb   küləyi  əsəcək.  Gecə 0-5  dərəcə şaxta, gündüz  3-8 dərəcə  isti, dağlarda gecə  6-11, yüksək dağlıq ərazilərdə 10-15,  gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti  olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir  güclənən cənub-qərb  küləyi  əsəcək.  Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti,  gündüz   7-12  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında   əsasən yağmursuz keçəcək. Gecə və səhər dağlarda duman olacaq. Cənub  küləyi  əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.  Gecə 0-3, gündüz   6-10  dərəcə isti,  dağlarda gecə 5-10  dərəcə şaxta, gündüz  1-6 dərəcə  isti  olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında