HAVA PROQNOZU 24.12.2012

Bakıda və Abşeron yarımadasında gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında  gün ərzində  əsasən yağmursuz  keçəcəyi   gözlənilir. Lakin axşam və gecə saatlarında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim  şimal-şərq  küləyi əsəcək.  Gecə 0-3 ,  gündüz 4-8, Bakıda gecə 1-3, gündüz 5-7  dərəcə isti olacaq. Atmosfer təzyiqi   769 mm civə sütunundan 765  mm civə sütununa enəcək,  nisbi rütubət  90-95   faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  gün ərzində əsasən yağmursuz keçəcək.  Gecə və səhər bəzi  yerlərdə duman olacaq. Mülayim  qərb  küləyi əsəcək.  Gecə 0-5 dərəcə şaxta, bəzi yerlərdə 2 dərəcə isti, gündüz   3-8  dərəcə  isti olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  gün ərzində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi  yerlərdə duman olacaq. Mülayim  qərb  küləyi  əsəcək. Gecə 5-10 dərəcə şaxta,  gündüz  0-5 dərəcə  isti  olacaq.

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  gün ərzində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim  qərb  küləyi əsəcək. Gecə  3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz   4-9  dərəcə isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında  gün ərzində əsasən yağmursuz keçəcək. Lakin  gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı  gözlənilir. Arabir  duman olacaq. Mülayim  qərb   küləyi  əsəcək.  Gecə 0-5 dərəcə şaxta, gündüz  3-7 dərəcə  isti, dağlarda gecə  7-12, yüksək dağlıq ərazilərdə 13-18,  gündüz  0-5  dərəcə şaxta olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə  yağıntılı, duman olacağı  gözlənilir. Mülayim  qərb küləyi  əsəcək.  Gecə 0-5,  gündüz   5-10  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi  yerlərdə  yağıntılı olacağı  gözlənilir. Dağlarda duman olacaq. Mülayim  şimal-şərq  küləyi  əsəcək.  Gecə 3-6, gündüz   7-11 dərəcə isti,  dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  2-7 dərəcə  isti  olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında