İyul ayında hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən aldığımız məlumata görə, yay fəslinin ikinci ayı olan iyulda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Lakin ay ərzində bəzi isti dövrlərdə temperaturun normadan yüksələcəyi gözlənilir.
Ay ərzində yağıntıların respublika üzrə qeyri-bərabər paylanacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, əksər rayonlarda normadan bir qədər çox olacağı ehtimalı var.
Sinoptiklərin verdikləri proqnozlara əsasən, iyul ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 25-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 21-24 dərəcə isti təşkil edəcək. Gündüzlər 30-33 dərəcə isti, ayrı-ayrı günlərdə isə 35-38 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, (norma 2-3 mm) bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında