HAVA PROQNOZU 19.22.2012

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında  buludlu  hava şəraitinin üstünlük təşkil edəcəyi,  yağıntılı olacağı  gözlənilir. Mülayim  cənub  küləyi əsəcək.  Gecə 0-2 ,  gündüz   4-8, Bakıda gecə 0-2,  gündüz   5-7  dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan yuxarı–770  mm civə sütunu,  nisbi rütubət  90-95   faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Gecə və səhər zəif duman olacaq. Zəif şərq  küləyi əsəcək.  Gecə 4-9 dərəcə şaxta, gündüz   5-10  dərəcə  isti olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq.  Şərq  küləyi  əsəcək. Gecə 10-15,  gündüz  3 dərəcə  şaxtadan 2 dərəcəyədək  isti  olacaq. 

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  əsasən yağmursuz keçəcək. Gecə və səhər zəif duman olacaq. Şərq  küləyi əsəcək. Gecə 2-7  dərəcə şaxta, gündüz   3-8  dərəcə isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında  arabir duman olacağı, bəzi şərq rayonlarında isə az yağıntılı olacağı  gözlənilir. Şərq  küləyi  əsəcək.  Gecə 4-9 dərəcə şaxta, gündüz   0-5 dərəcə isti, dağlarda gecə  9-13, yüksək dağlıq ərazilərdə 15-20,  gündüz  0-5  dərəcə şaxta olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  əsasən yağmursuz keçəcək. Bəzi şərq rayonlarında çiskin olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq.   Şərq küləyi  əsəcək.  Gecə 4 dərəcə  şaxtadan 1 dərəcəyədək isti,  gündüz   5-10  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  arabir  yağıntılı olacağı  gözlənilir. Dağlarda duman olacaq.  Şərq  küləyi  əsəcək.  Gecə 3  dərəcə  şaxtadan 2 dərəcəyədək isti, gündüz   5-10 dərəcə isti,  dağlarda gecə 5-9 dərəcə şaxta, gündüz  3  dərəcə şaxtadan 2 dərəcəyədək isti  olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında