HAVA PROQNOZU 17-12.2012

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı, əsasən axşam və gecə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında  buludlu  hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı, əsasən axşam və gecə  sulu qar, qar yağacağı  gözlənilir. Arabir güclənən  şimal-şərq  küləyi əsəcək.  Gecə 0-2 dərəcə şaxta,  gündüz   1-4 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta,  gündüz   1-3  dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan yuxarı 777  mm civə sütunundan 773 mm civə sütununa enəcək,  nisbi rütubət  80-90   faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  qar yağacağı gözlənilir. Şərq  küləyi əsəcək.  Gecə 0-5 dərəcə şaxta, gündüz   1-6  dərəcə  isti olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində   qar  yağacağı  gözlənilir.  Şərq  küləyi  əsəcək. Gecə 8-13  ,  gündüz  1-6 dərəcə  şaxta   olacaq. 

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  sulu qar, qar yağacağı  gözlənilir. Şərq  küləyi əsəcək. Gecə  3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz   2-6  dərəcə isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında   qar  yağacağı  gözlənilir. Şərq  küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 2-7 dərəcə şaxta, gündüz   0-3  dərəcə isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 15-20 ,  gündüz  2-7  dərəcə şaxta olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında   yağıntılı olacağı, bəzi  yerlərdə  sulu qar, qar  yağacağı  gözlənilir.   Şərq küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 1 dərəcə istidən 3 dərəcəyədək şaxta,  gündüz   3-8  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında   yağıntılı olacağı, bəzi yerlərdə  sulu qar, qar yağacağı gözlənilir. Şərq  küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 1 dərəcə istidən 3 dərəcəyədək şaxta, gündüz   3-6 dərəcə isti,  dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz  0-5  dərəcə şaxta  olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında