HAVA PROQNOZU 12.12.2012

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər yağışın tədricən kəsiləcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər  yağışın tədricən kəsiləcəyi  gözlənilir.  Mülayim  şimal-şərq  küləyi əsəcək.  Gecə 6-9,  gündüz  9-13, Bakıda gecə 6-8,  gündüz   10-12  dərəcə isti olacaq. Atmosfer təzyiqi  763  mm civə sütunu,  nisbi rütubət  gecə  90-95, gündüz 75-85   faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında  gecə və səhər yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Zəif  şərq  küləyi əsəcək.  Gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz   7-12  dərəcə  isti olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində yağıntılı olacağı, qar  yağacağı, gündüz əsasən yağmursuz  keçəcəyi  gözlənilir. Səhər saatlarında duman olacaq.  Şərq  küləyi  əsəcək. Gecə 0-5  dərəcə şaxta,  gündüz   4-9  dərəcə isti  olacaq. 

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində  gecə və səhər bəzi yerlərdə  yağış yağacağı, gündüz əsasən yağmursuz  keçəcəyi  gözlənilir. Səhər saatlarında  duman olacaq.  Şərq  küləyi əsəcək. Gecə 1-6, gündüz   7-12  dərəcə isti olacaq. 

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında   yağış,  dağlıq ərazilərdə qar  yağacağı, gündüz tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.  Şərq  küləyi  əsəcək.  Gecə 0-5, gündüz   6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta,  gündüz  0-5  dərəcə isti olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  bəzi yerlərdə  yağış  yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.  Şərq küləyi  əsəcək.  Gecə 2-7,  gündüz   10-15  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında    yağış  yağacağı, gündüz tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Dağlarda duman olacaq. Şərq  küləyi  əsəcək.  Gecə 5-9, gündüz   10-14,  dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  5-10  dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında