HAVA PROQNOZU 10.12.2012

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir  yağış yağacağı gözlənilir.   Şimal-qərb  küləyi əsəcək, arabir güclənəcək.  Gecə 7-9,  gündüz  9-11, Bakıda gecə 7-9,  gündüz   9-11  dərəcə isti olacaq. Atmosfer təzyiqi  763  mm civə sütunundan 767 mm civə sütununa yüksələcək,  nisbi rütubət  85-95  faiz  olacaq.

 Naxçıvan Muxtar Respublikasında arabir  yağış yağacağı gözlənilir. Bəzi dağlıq ərazilərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb  küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz   8-13  dərəcə  isti olacaq. 

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində  arabir  yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb  küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə  3 dərəcə şaxtadan 1 dərəcəyədək isti,  gündüz   4-9  dərəcə isti  olacaq. 

 Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı  yerlərdə duman  olacaq.  Qərb  küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 4-8, gündüz   8-13  dərəcə isti olacaq.

 Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında arabir  yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb  küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Gecə 2-6, gündüz   7-12, dağlarda gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti,  gündüz  1-5  dərəcə isti olacaq.

 Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  duman olacaq.  Qərb  küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Gecə 2-7,  gündüz   9-14  dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  arabir  yağış yağacağı gözlənilir. Dağlarda yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Şimal-şərq  küləyi  əsəcək, arabir güclənəcək.  Gecə 6-9, gündüz   9-14,  dağlarda gecə 3-6, gündüz  6-9  dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında