HAVA PROQNOZU (14.11.2012)

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 7-10, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, axşama doğru 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 75-80 faiz olacaq.

{nl}


Naxçıvan Muxtar Respublikasında dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq.

{nl}


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

{nl}


Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 6-10, gündüz 10-14 dərəcə isti olacaq.

{nl}


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, gecə yağışın dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 3-7, gündüz 8-13, dağlarda gecə 1-3, gündüz 3-6 dərəcə isti olacaq.

{nl}


Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Gecə 7-10, gündüz 11-15 dərəcə isti olacaq.

{nl}


Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, gecə yağışın dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Şimal- şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 8-10, gündüz 11-14, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında