HAVA PROQNOZU (08.11.2012)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gün ərzində güclənəcəyi gözlənilir. Gecə 12-15, gündüz 16-19, Bakıda gecə 13-15, gündüz 16-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 75-80 faiz olacaq.

{nl}


Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 5-10, gündüz 18-23 dərəcə isti olacaq.

{nl}


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

{nl}


Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.

{nl}


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 6-11, gündüz 13-18, dağlarda gecə 3-6, gündüz 7-11 dərəcə isti olacaq.

{nl}


Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

{nl}


Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Şimal- şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 10-14, gündüz 18-23, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında