HAVA PROQNOZU (12.10.2012)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən axşam və gecə saatlarında yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru güclənəcək. Gecə 15-20, günün birinci yarısında 22-27, axşam 20, Bakıda gecə 15-20, günün birinci yarısında 22-27, axşam 20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

{nl}


Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 10-14, gündüz 23-28 dərəcə isti olacaq.

{nl}


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 6-11, gündüz 13-18 dərəcə isti olacaq.

{nl}


Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 13-18, gündüz 22-26 dərəcə isti olacaq.

{nl}


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

{nl}


Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq.

{nl}


Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 17-20, gündüz 22-27, dağlarda gecə 10-14, gündüz 17-22 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında