HAVA PROQNOZU (09.10.2012)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Arabir güclənən cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, gecəyə doğru arabir güclənəcək. Gecə 17-21, gündüz 27-32, Bakıda gecə 18-20, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi sutka ərzində 765 mm civə sütunundan 755 mm civə sütununa enəcək, axşama doğru 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaq.

{nl}


Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir. Mülayim qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 11-16, gündüz 27-32 dərəcə isti olacaq.

{nl}


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində gündüz əsasən yağmursuz keçəcək.Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 7-12, gündüz 20-25 dərəcə isti olacaq.

{nl}


Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən yağmursuz keçəcək. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

{nl}


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

{nl}


Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.

{nl}


Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 17-21, gündüz 26-31, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında