HAVA PROQNOZU (07.09.2012)

Rusiya
Gəlir 53 dəfə azalıb
Bu ilin birinci yarısında "Aeroflot" 7,1 milyon dollar təmiz gəlir əldə edib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 53 dəfə azdır. 2011-ci ilin ilk 6 ayında bu rəqəm 376,8 milyon dollar idi. "Aeroflot" Rusiyanın ən iri aviakompaniyasıdır. Onun səhmlərinin nəzarət paketi dövlətə məxsusdur.
Xəbəri RİA "Novosti" verib.

{nl}

Sudan
"AfriSpeys" yaradılacaq
Afrika ölkələri öz kosmik agentliyini yaradacaqlar. Qərar Afrika İttifaqı ölkələri rabitə nazirlərinin Sudanın paytaxtı Xartum şəhərində keçirilmiş toplantısında qəbul edilib. "AfriSpeys" adlanacaq bu qurum qitənin uzunmüddətli kosmik strategiyasını təyin edəcək və üzv ölkələr üçün vəzifələr işləyib hazırlayacaq.
Məlumatı Röyter agentliyi verib.

{nl}

ABŞ
Günorta yuxusu xeyirlidir?!
Nahardan sonra yarım saat yatmaq ömrü uzadır və arıqlamağa kömək edir. Bu, amerikalı alimlərin apardıqları tədqiqat nəticəsində gəldikləri fikirdir. Onlar bu müddəaya 3 min il əvvəl yunan təbiblərinin yazdıqları traktatlarda da rast gəldiklərini vurğulayıblar.
İnformasiyanı CNN verib.

{nl}

İspaniya
Transfer baş tutmadı
Madridin "Real" futbol klubu hücumçu Kriştianu Ronaldunu İngiltərənin "Mançester Siti" komandasına satmaqdan imtina edib. İngilislər bu futbolçuya görə 200 milyon avro təklif edirdilər. Bu, futbol tarixində ən iri transfer sövdələşməsi olardı. Qeyd edək ki, ispan klubu özü Ronaldunu 2009-cu ildə "Mançester Yunayted"dən 90 milyon avroya almışdı.
Xəbəri Röyter agentliyi verib.

{nl}

Kanada
Qalib türk filmi oldu
Beynəlxalq Monreal kino festivalı başa çatıb. Qalib türk rejissoru İsmail Günəşin çəkdiyi "Alovun düşdüyü yer" filmi olub. Ən yaxşı aktrisa "Bağlı mövsüm" filmindəki roluna görə Brigitte Xobmayer, ən yaxşı aktyor isə "Böyümə" filmində yaratdığı obraza görə Karl Merkats hesab edilib. Festivalın münsiflər heyətinə məşhur kino aktrisası Qretta Skakki başçılıq edirdi.
Məlumatı BBC yayıb.

{nl}

Avstraliya
3 milyard dollarlıq sövdələşmə
Avstraliya ABŞ-dan 7 ədəd MQ-4C Triton dəniz patrul pilotsuz təyyarəsi alır. Sövdələşmənin məbləği 3 milyard dollardır. Təyyarə saatda 610 kilometr sürət yığır və 15 min kilometr məsafə qət edir.
İnformasiyanı "Alman dalğası" yayıb.

{nl}

Hazırladı: Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında