HAVA PROQNOZU (İyunun 17-də)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Yağmursuz keçəcək. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 22-24, gündüz 33-35, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 35-45 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcəyə çatacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Gecə 17-22, gündüz 32-37 dərəcə isti olacaq.

{nl}

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində əsasən gecə və və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 12-17, gündüz 24-27 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə-Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 20-24, gündüz 31-36 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 17-22, gündüz 28-33 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 21-25, gündüz 32-37 dərəcə isti olacaq.

{nl}

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı bölgəsində axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 20-24, gündüz 30-35, dağlarda gecə 13-18, gündüz 27-30 dərəcə isti olacaq.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında