HAVA PROQNOZU (31.07.2012)

Almaniya
Rəy sorğusu
Almaniya əhalisinin yarıdan çoxu hesab edir ki, avro zonasından çıxdığı təqdirdə ölkədə həyat səviyyəsi yaxşılaşacaq. Bu, "The Emnid" kompaniyası tərəfindən keçirilmiş rəy sorğusundan bəlli olub. Bu fikirdə olanlar ölkənin öz valyuta sisteminə keçməsinin zəruriliyini vurğulayıblar.
Xəbəri BBC yayıb.

{nl}

Kredit azalıb
Almaniya bankları Yunanıstan, İrlandiya, Portuqaliya, İtaliya və İspaniyadakı müştərilərə kredit verilməsini azaldıb. Bildirilib ki, ilin birinci yarısında həmin ölkələrdəki fiziki və hüquqi şəxslərə 241 milyard avro kredit verilib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz azdır.
Məlumatı "Röyter" agentliyi verib.

{nl}

Yaponiya
Yeni texnologiya
"Panasonic" korporasiyası dünyada ilk dəfə süni fotosintez texnologiyası hazırlayıb. Bu texnologiya günəş enerjisindən istifadə etməklə su və karbon dioksiddən üzvi maddələr almağa imkan verir. Yeni texnologiyadan avtomobil yanacağı istehsalında istifadə oluna bilər.
İnformasiyanı "Kiodo Susin" agentliyi verib.

{nl}

İtaliya
Zəlzələ 13,2 milyard avro ziyan vurub
May ayının sonunda baş vermiş zəlzələlər nəticəsində dəyən zərərin məbləği 13,2 milyard avroya çatıb. Açıqlamanı İtaliya Mülki Müdafiə Departamenti verib. Xatırladaq ki, mayın 20-si və 29-da Emiliya-Romanya və Lombardiya vilayətlərində baş vermiş zəlzələlər zamanı 26 nəfər həlak olmuş, 17 min adam ev-eşiyindən məhrum olmuşdu.
Xəbəri "Röyter" agentliyi verib.

{nl}

Fransa
Plan açıqlandı
Hökumət ölkənin avtomobil sənayesinə yardım proqramını açıqlayıb. Sənaye naziri Arno Monteburun sözlərinə görə, bu sahəyə 665 milyon avro (807 milyon dollar) vəsait yönəldiləcək. Qeyd edək ki, Fransanın avtomobil sənayesi 4 ildir ki dalbadal uğursuzluq zolağından çıxa bilmir.
Məlumatı "Alman dalğası" yayıb.

{nl}

Böyük Britaniya
Transfer planı
Rusiyalı biznesmen Roman Abramoviçin sahibi olduğu Londonun "Çelsi" futbol klubu bu yay yeni oyunçuların alınmasına, ümumilikdə, 100 milyon funt sterlinq ( 160 milyon dollar ) sərf edəcək. Klub artıq 4 oyunçu alıb və həmin transferlər 104 milyon dollara başa gəlib. "Çelsi" qalan pula daha 2 oyunçu almaq istəyir.
İnformasiyanı BBC yayıb.

{nl}

Hazırladı: Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında