HAVA PROQNOZU (24.07.2012)

Belçika
BVF-nin xəbərdarlığı
Beynəlxalq Valyuta Fondu Avropa Birliyini xəbərdar edib ki, bundan sonra Yunanıstana maliyyə yardımı etməyəcək. Açıqlamanı Avropa Komissiyasındakı mənbəyə istinadən "Şpigel" jurnalı verib. Jurnal belə olan təqdirdə Yunanıstanın artıq sentayabr ayında müflisləşəcəyini bildirib.
İnformasiyanı BBC yayıb.

{nl}

ABŞ
TJN-in açıqlaması
2010-cu ilin sonuna dünyanın ofşor zonalarında vergidən gizlədilmiş 21 trilyon dollar vəsait vardı. Açıqlamanı TJN tədqiqat təşkilatı yayıb. Bildirilib ki, bu məbləğ ABŞ və Yaponiyanın birgə ümumi daxili məhsuluna bərabərdir.
Xəbəri "Assoşieyted Press" agentliyi verib.

{nl}

Lider dəyişdi
Bazar dəyəri ən bahalı kompaniyalar arasında lider dəyişikliyi olub. "FT Qlobal 500" reytinqində "Apple" çoxillik lider neft-qaz kompaniyası "Exxon Mobil"i üstələyərək birinci yerə çıxıb. Hazırda bu kompaniyanın bazar dəyəri 559 milyard dollardır.
Məlumatı CNN verib.

{nl}

Venesuela
Prezidentin çağırışı
Prezident Uqo Çaves həmvətənlərinə müraciət edərək xaricdən gətirilən "Coca-Cola" və "Pepsi" içkilərini deyil, Venesuelada istehsal edilən meyvə şirələrini almağa çağırıb. O, dövlət kompaniyası "Corpozulia"nın buraxdığı "Vvita" üzüm şirələrini içməyi məsləhət görüb. Qeyd edək ki, hazırda Venesuelanın ümumi daxili məhsulunda kənd təsərrüfatının payı 4 faizə yaxındır.
İnformasiyanı "Alman dalğası" yayıb.

{nl}

Rusiya
Futbolçular bahalaşıb
Rusiya premyer liqasında çıxış edən futbolçuların qiyməti, ümumilikdə, 1 milyard avroya çatıb. Keçən mövsüm bu göstərici 250 milyon avro idi. Ən baha klub MOİK-dir. Buradakı oyunçuların qiyməti 153 milyon dollar həcmindədir.
Xəbəri RİA "Novosti" verib.

{nl}

Hazırladı: Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında