HAVA PROQNOZU (04.07.2012)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Gecə 17-20, gündüz 26-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcəyə çatacaq.

{nl}

Naxçıvan Muxtar Respublikasında gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Gecə 7-11, gündüz 13-18 dərəcə isti olacaq.

{nl}

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq.

{nl}

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

{nl}

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.

{nl}

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Gecə 17-21, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında