HAVA PROQNOZU (10.06.2012)

Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək. Gecə 16-21, gündüz 24-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahildə 21-22 dərəcəyə çatacaq.
Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Gecə 15-20, gündüz 24-29 dərəcə isti olacaq.

{nl}


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Gecə 15-19, gündüz 25-30 dərəcə isti olacaq.

{nl}


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Gecə 13-18, gündüz 22-27, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

{nl}


Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Gecə 16-21, gündüz 25-30 dərəcə isti olacaq.

{nl}


Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-şərq küləyi əsəcək. Gecə 17-20, gündüz 25-30, dağlarda gecə 13-17, gündüz 20-25 dərəcə isti olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında